Azərbaycan Prezidenti İlham Əliyev Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sənəddə qeyd edilir ki, 2017-ci ildə Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ xalq artisti, professor Şövkət Həsən qızı Məmmədovanın 120 illiyi tamam olur.

Sərəncamla Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi ilə birlikdə Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək həvalə olunub.

Bu sərəncamdan irəli gələn məsələləri Nazirlər Kabineti həll edəcək.