Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu kabab şişi ilə vurub öldürməkdə təqsirləndirilən 57 yaşlı Səxavət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org-un qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə baxış iclası baş tutub.
S.Məmmədov ifadə verərək qonşusunu nalayiq hərəkətlərinə görə öldürdüyünü deyib: "Müşfiq bütün günü içirdi, balkona çıxıb söyüş söyürdü, dövlət əleyhinə danışırdı. Bu barədə baş prokurorluğa da müraciət etmişdik. Evə o qədər əxlaqsız qadın gətirirdi ki,.. Televizorda musiqi qoşub "polnu səs verirdi. Onun səsindən yata bilmirdik. Qonşuları təhqir edirdi. Müşfiq heç öz ailəsi ilə də yola getmirdi, tək yaşayırdı.
Hadisə günü də gecə saat 2-də Müşfiqin səs küyünə oyandım. Gedib qapısını döyüb dedim ki, sakit olsun. Başladı söyüş söyməyə, dedi "əcəb edirəm. Dedim gedib işığını kəsəcəm. Dedi "kəsməyənin var-yoxunu... Mən də işıqlarını kəsdim. Bıçaq götürüb üstümə gəldi, məni vuracaqdı. Balkonda kabab çəkdiyimiz şişlər vardı. Birini götürüb ona tərəf itələdim. Öldürmək niyyətim yox idi, o, məni vuracaqdı.