Övladını görməyə gedən Gəncə şəhər sakini döyülüb.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü Hüseynov Fəxri Yaqub oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, həyat yoldaşından boşanan F.Hüseynov bu gün anası ilə övladını görməyə gedib. F.Hüseynov orada keçmiş qayınları tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb. Həmçinin onun anasına da yüngül xəsarətlərin yetirildiyi bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.