Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, özünü Nardarandakı Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidinin axundu kimi təqdim edən Nuhbala Rəhimov azadlığa buraxılıb.

Unikal.org-un Trend-ə istinadən məlumatına görə, N.Rəhimov cəza müddəti başa çatıb və o, cəzaçəkmə müəssisəsindən azad edilib.

Xatırladaq ki, 2015-ci ilin noyabrında Nardaran qəsəbəsində saxlanılan N.Rəhimov qanunsuz silah saxlamaqda təqsirləndirilərək həbs edilmişdi.

Sabunçu rayon məhkəməsinin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.