Prezident İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
"Tərəqqi medalı ilə
Hümbətov Surəddin Məmmədhüseyn oğlu
Qasımov Kyavus Safa oğlu
Məmmədov İlham Hacı oğlu
Vəliyev Cavanşir İnqlab oğlu.
"Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə
Kərimova Nüşabə Rəhim qızı
Təbrizli Arzu Sirus qızı
Zahidova Ladən Vahab qızı".