İyulun 14-də Abşeron rayonunda silahlı insident baş verib.
Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Novxanı qəsəbəsi ərazisində Abşeron Rayon İcra Hakimiyyətinin qanunsuz tikililərlə mübarizə komissiyasının üzvləri qəsəbə sakini Etibar Novruzovun evinin qarşısındakı qanunsuz tikilini sökmək istəyərkən E.Novruzovun atası, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Novruzov xuliqanlıq zəminində tapançadan havaya 3 dəfə atəş açıb.
Eldar Novruzov Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulub və ondan "Makarov" markalı tapança, 4 ədəd patron və 3 ədəd giliz götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.