Türkiyənin Daxili İşlər Nazirliyi terrorçu İŞİD-ə qarşı mübarizə ilə bağlı hesabatını açıqlayıb.
Unikal.org-un məlumatına görə, sənəddə qeyd olunub ki, 2014-ci ilin aprelindən terrorçu qruplaşmalarla əlaqədə şübhəli bilinən 17 min 500 əcnəbinin ölkəyə girişinin qarşısını alıb, 4550 nəfər deportasiya olunub.
Hesabata əsasən, terror təşkilatları ilə əlaqələri olan 53 min 781 nəfər əcnəbinin adı "qara siyahıya" salıb.
Sənəddə bildirilib ki, Türkiyənin dövlət orqanları 2014-cü ilin aprelindən indiyədək 1677 Azərbaycan vətəndaşının ölkəyə girişinə qadağa qoyub, daha 252 Azərbaycan vətəndaşı deportasiya edilib. Azərbaycan bu göstəricilərə görə, siyahıda müvafiq olaraq, 9-cu və 6-cı yerləri tutub.
Hesabatda vurğulanıb ki, Türkiyəyə buraxılmayan əcnəbilər arasında daha çox Səudiyyə Ərəbistanı (7523), Tunis (4605) və Rusiya (4128) vətəndaşları yer alıb. Terrorçularla əlaqələrinə görə ölkədən daha çox Rusiya (804), İndoneziya (435) və Tacikistan (308) vətəndaşları deportasiya edilib.