"Nar Azərbaycana səfər edən qonaqlar üçün "Xoş gəldin paketini təqdim edir
"Nar xaricə səfər etməyə hazırlaşan abunəçilərinə sərfəli rominq kampaniyaları təqdim etməklə yanaşı, həm də Azərbaycana gələn çoxsaylı turistlər üçün əlverişli fürsətlər təklif edir. Qiyməti cəmi 14 AZN təşkil edən "Xoş gəldin paketi alındığı andan etibarən, istifadəçiyə beynəlxalq zənglər üçün 20 dəqiqə və 7 GB internet trafiki təqdim olunur. Paketdaxili internet üçün hesablama intervalı 40 KB, zənglər üçün hesablama intervalı isə 60 saniyə təşkil edir.
İstifadə müddəti 30 gün olan "Xoş gəldin paketini alaraq sərfəli qiymətə danışmaq, mobil internetdən bol-bol istifadə etmək və təəsüratlarını bölüşmək mümkündür. Dəqiqələr və internetin qalığını yoxlamaq üçün *777#20#YES kodunu yığmaq, I yazıb 777 qısa nömrəsinə göndərmək və ya "şəxsi kabinet xidmətindən istifadə etmək kifayətdir.
"Nar tarif, kampaniya, məhsul və xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
"Azerfon şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan "Nar hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.