Bakı şəhərinin Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdiriləcək.

Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, Yollarının Optimallaşdırılması Layihəsinin təsdiq edilməsi heykəlin yerinin köçürülməsini zəruri edəcək: "Müvafiq qurumların razılığı ilə heykəl məqsədəuyğun yerdə yerləşdiriləcək".