Belarusda "Dinamo" (Brest) və Avstriyanın "Altax" komandaları arasında keçirilmiş Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə 55 metr məsafədən qol vurulub.

Unikal.org bildirir ki, qol 8-ci dəqiqədə qeydə alınıb.

"Altax"ın futbolçusu Mumi Nqamaleu meydanın özlərinə aid hissəsində bir qədər irəlilədikdən sonra mərkəz dairəsinə çatmamış "Dinamo"nun qapısına tərəf zərbə vurub. Meydan sahiblərinin qolkiperi Ceremi Malherbe irəli çıxdığından, topun qarşısını ala bilməyib.