"Hall Siti"nin gənc müdafiəçisi Endryu Robertson karyerasını "Liverpul"da davam etdirəcək.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu iyulun 21-də tibbi müayinədən keçərək "qırmızılar"la müqavilə imzalayıb. Onun transferi "mersesaydlılar"a 10 milyon funta başa gəlib.
Ötən mövsüm şotlandiyalı müdafiəçi "pələnglər"in heyətində 33 oyuna çıxaraq 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalmışdı. Robertson Məhəmməd Salahdan sonra "Liverpool"un bu yay 2-ci rəsmi transferidir.