Dünyanın ən böyük sosial şəbəkəsi Facebook-un pullu olacağı barədə məlumatlar yayılıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkədə istifadəçilərə şəxsi xəbər lentində xəbər kontentini izləmək üçün ödənişli olacaq. Belə ki, "Facebook istifadəçiləri xəbər nəşrinin saytına yönəldərək, belə bir kontentə çıxışı məhdudlaşdırmağı planlaşdırır.
Xəbərlərin sərbəst oxunması üçün limit tətbiq ediləcək. İstifadəçi cəmi 10 mətni pulsuz oxumaq imkanında olacaq. Facebook istifadəçisi xəbərin tam oxunması üçün ödəniş etməlidir.