Azərbaycanda yeni futbol klubu yaradılıb.

Unikal.org bildirir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, yeni yaradılan "Masallı klubuna "Xəzər-Lənkəran-ın bir neçə oyunçusu da cəlb edilib.

Yeni klub ölkə çempionatında iştirak etmək niyyətindədir. Klubun mətbuat xidmətinin rəhbəri Mirələm Həşimov bildirib ki, "Masallı klubu ölkənin cənubunu təmsil edəcək. Ötən gün klubun təqdimatı olub və bir neçə iş adamı kluba sponsorluq edəcəyini bildirib.

Komanda müvəqqəti olaraq Ərkivan qəsəbəsindəki stadionda məşq edir.