İnsan özü özünün düşmənidir deyiblər. Bəzən başdansovdu yanaşdığımız elementar səhvlər həyatın sonunu gətirə bilər. Elə Adıyamandakı gənc də məhz elementar diqqətsizliyin qurbanı olub.

Unikal.org xəbər verir ki, Adıyaman sakini, 19 yaşlı Eyüp Burak soyuq su ilə duş qəbul etdikdən sonra kondisionerli otaqda yatıb. 1 saatdan sonra ayılan Burak özünü pis hiss etdiyini bildirib və xəstəxanaya aparılıb.

Həkimlərin diaqnozuna görə, infeksiyanın bütün bədəninə yayılması nəticəsində orqanlarının bir çoxu fəaliyyətini dayandırıb. 35 gün reanimasiya şöbəsində yatan Burakı xilas etmək mümkün olmayıb. Sonda o, 35 günlük həyat mübarizəsindən məğlub ayrılıb. (publika.az)