Mumbayda yaşayış binası uçulub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, dağıntılar altında 30-dan çox adamın qalması ehtimal edilir.

İnsident səhər saatlarında şəhərin Qxatkopar rayonunda baş verib. Dağıntılar altından 9 nəfəri sağ çıxarmaq mümkün olub.

Hadisədən dərhal sonra ərazi nəzarətə götürülüb, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.