Avropda bu yay transferlərdən ən çox xeyir götürən klub "Monako" oldu.
Unikal.org fanat.az-a istinadən xəbər verir ki, keçən mövsüm performansı ilə diqqətləri çəkən, 17 ildən sonra Fransa çempionatının qalibi olmasının ardından bütün gözlər bu klubun futbolçularına yönəldi.
Kilyan Mbappeyə görə 100 milyondan çox avro məbləğ qazanmağa yaxın olan "Monako" bu mövsüm 7 futbolçusunu satdı. Korentin Cini "Tuluza"ya 3,5, Nabil Dirarı "Fənərbaxça"ya 4,5, ABdu Diallonu "Maynts"a 5 və Valeri Cermeni "Marsel"ə 8 milyon avroya satan "Monako" ən çox qazancı 3 futbolçudan götürüb.
Belə ki, Timo Bokayokonu "Çelsi"yə 45, Bernardo Silvanı 50 və Benjamin Mendini 58 milyon avroya "Mançester Siti"yə satıb. Klub ümumilikdə bu transferlərdən 174 milyon avro əldə etdi.
Gedənlərin yerinə boşluqları doldurmaq istəyən "Monako" Yuri Tilemans üçün "Anderlext"ə 25, Terenso Konqoloya görə "Feyenorda" 13, Soaliho Meyte üçün "Sulte Varegem"ə 8 və Xordi Mboula üçün "Barselona"ya 3 milyon avro ödəyib. Aldığı futbolçulara görə ümumilikdə 49 milyon avro ödəyən "Monako"nun xeyiri isə 125 milyon avro oldu.