İstanbul-Kasablanka marşrutu üzrə uçan "Turkish Airlines təyyarəsi göyərtəsində bomba olması xəbərdarlığı səbəbindən Əlcəzairdə eniş edib. 

Unikal.org-un xəbərinə görə, bu barədə "Algeria Press Service aeroportun nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarənin ekipajı xəbəri araşdırmaq məqsədi ilə yaxınlıqdakı hava limanına təcili eniş etmək qərarı verib. Sərnişinlərin hamısı təxliyə edildikdən sonra təyyarə tam yoxlanılıb.

Yoxlama zamanı təyyarənin göyərtəsində heç bir partlayıcı qurğu aşkarlanmayıb.