Azərbaycan Dövlət Aqrar Universitetinin torpaqşünaslıq və aqrokimya ixtisasının həm dövlət sifarişi, həm də ödənişli əsaslarla ayrılan yerləri üzrə müsabiqədə ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Unikal.org Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu barədə "Abituriyent jurnalının dördüncü sayına edilən əlavədə məlumat verilib.
Bildirilib ki, fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur.