Dünən axşam Bakıda fəaliyyət göstərən 193 saylı martşurut heç bir səbəb göstərilmədən axşam saatlarında yoxa çıxıb.
Bu barədə unikal.org-a sözügedən marşurutdan istifadə edən sərnişinlər məlumat verib.
Sərnişinlərdən biri Aygün Əliyeva deyib ki, dünən axşam azyaşlı övladları ilə bir saatdan çox sözügedən avtobusu gözləsə də gəlib çıxmayıb:
"Artıq axşam saat 20:00 radələridir. 1 saatdan çoxdur ki, azyaşlı övladlarımla birgə burada marşurut gözləyirəm. 193 nömrəli marşurutun nəzartçiləri də gözə dəymirdi. Gözləməkdən yorulduğum üçün digər avtobusların nəzarətçilərinə yaxınlaşıb, sözügedən marşurutun işləyib-işləmədiyini soruşdum. Aldığım cavab isə məni olduqca təəccübləndirdi. Bildirildi ki, 193 nömrəli avtobus ancaq səhər saat 11:00-a qədər işləyəcək. Lökbatan dairəsinə alternativ heç bir marşurut da açılmayıb. Həmçinin 193 nömrəli avtobus Binə Ticarət Mərkəzinin sahibinə məxsusdur və istədiyi vaxt da xətdən çıxarmaq ixtiyarlarındadır.
Özünü təqdim etməyən digər sərnişin də vurğulayıb ki, 193 saylı avtobusda özbaşınalıq hökm sürür: "Belə şey olar? Səhər saat 11:00-a kimi sərnişin çox olur. Bunun səbəbi də məlumdur. Çünki Binə Ticarət Mərkəzinə alış-veriş etmək üçün sözügedən saatlarda sərnişin axını çox olur. Amma sonrakı saatlarda sərnişin axını seyrəkləşdiyindən marşurut sahibi də belə bir addımı atır. Onda belə çxıır ki, sərnişin olmasa, onlar öz xətləri ilə hərəkət etməyəcəklər?.
Sözügedən marşurut xəttindən istifadə edənlərdən biri də Unikal.org-un əməkdaşı Zaurə Əmirovadır. O da eyni faktı təsdiqləyib.
Xanım jurnalistimiz deyib ki, belə hallar olanda Bakı Nəqliyyat Agentliyi vətəndaşlarımızı öncədən məlumatlandırmalıdır: "Lakin sözügedən marşurutla bağlı nə həmin xətt rəsmisi, nə dəki müvaffiq dövlət qurumu xədərdarlıq etməyib. Amma axşam 100-ə yaxın sərnişin 193 saylı avtobusun gəlişini səbrsizliklə gözləyirdi. Amma təəssüflər olsun ki, bu, baş vermədi. Məcbur qalıb taksi ilə mənzil başına getməli olduq.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev unikal.org-a bildirib ki, 193 saylı avtobus xətti bağlanmayıb və nə də ki, səhər saat 11:00-a kimi işləməsi barədə onlarda heç bir məlumat yoxdur:
"Mən sözügedən problemlə bağlı daşıyıcını məlumatlandırdım və sərnişinlərin iradı onlara çatdırdım. Bununla belə daşıyıcı BNA-ya çağırılacaq.
Agentlik rəsmisi dünən axşam 193 saylı marşurutun bir neçə saat dayanacağa gəlməməsini belə izah edib:
"Ola bilsin ki, intervalda hər hansı səbəbdən gecikmələr olub. Belə halların təkrarlanmaması üçün tədbirlər görüləcək. Əlbəttə ki, sərnişinləri bu qədər dayanacaqda gözlətmək olmaz! Amma indi bu məsələ daha dəqiq araşdırılacaq. Əgər süni şəkildə bu hadisə baş veribsə, sözügedən xətt daşıyıcı barədə tədbir görüləcək. Ümid edirik ki, bir daha belə hallar olmaz. Sərnişindaşıma ilə bağlı müəyyən olunmuş tələblər var və hər bir daşıyıcının borcudur ki, bu tələblərə əməl etsin.