Lənkəranda toyda dava olub, iki nəfər xəsarət alıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəranın Sinovlu kəndində qeydə alınıb.
Kənddə toy zamanı qonaqlar arasında dava düşüb. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 1993-cü il təvəllüdlü Mehrəliyev Ruslan Adil oğlu və 1972 -ci il təvəllüdlü Mehrəliyev Daşqın Barat oğlu Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Onlara müvafiq tibbi yardım göstərilib, həyatlarına təhlükə olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.