Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Unikal.org report-a istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü Şirinov Elşad Rəsul oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
O, həkimlərə bildirib ki, Zabrat qəsəbəsində Tramvay küçəsində marketə siqaret almaq üçün gedib. Bu vaxt iki nəfərin dalaşdığının şahidi olub. O, dava edənləri ayırmaq istəyən zaman bıçaqlanıb.
Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.
Polis hadisənin dəqiq təfərrüatlarını araşdırır.