Müğənni Sevda Yahyayevanın başına iş gəlib.
Unikal.org axşam.az-a istinadən bildirir ki, Türkiyədə istirahətdən qayıdan ifaçının dərisi yanıb. Bu barədə o, "Xəzər maqazin"ə danışıb:
"Antalyaya getmişdim. 6 gün istirahət etdim. İndi Bodruma gedəcəyəm. Günləri sayıram ki, həmin gün gəlsin. Bu dəfə 8 gün dincələcəyəm. 6 günün 6-nı da günəşin altında oldum. Çünki çox ağam. Ancaq mənə çox gün şüası olmaz. Çünki mənim xallarım çoxdur. Gün şüası xallarımı peqmantasiya edir, daha da çoxalır. İstəyirəm dərim tünd olsun. Günəş məni qıpqırmızı eləmişdi. Çox yanmışdım. Qorxumdan solyariyə getmirəm. Çünki o daha da ziyandır".