Müğənni Rəqsanə İsmayılova 30 ildən sonra qardaşını tapıb.
Unikal.org axşam.az-a istinadən bildirir ki, sənətçi "Xəzər maqazin"ə açıqlamasında deyib ki, qardaşı atasının ikinci evliliyindən dünyaya gəlib:
"Bir gün mənə mesaj gəldi ki, qardaşınam və şəklini atdı. 30 il qardaşımdan xəbərsiz olmuşam. Atam anamla boşanıb, Rusiyada evlənəndən sonra bir oğlu olub. Daha sonra oğlunun anasından ayrılıb. Onun yazdığı nömrəyə tez zəng vurdum. Eyni bizə oxşayır.
Bir vaxtlar mən atamı axtarırdım. Qardaşım mənə deyir ki, niyə atamızı axtarırsan? Axı o bizi illərlə axtarmayıb. Ondan heç nə görməmişik".
Rəqsanə qardaşının hazırda həbsxanada olduğunu söyləyib:
"Deyib ki, oradan çıxan kimi birbaşa bizi görməyə gələcək".