Bakı-Qazax magistral yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə yolun 380-ci kilometrliyində, Şəmkir rayonu ərazisində qeydə alınıb.

"OKA markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında dəmir maneəyə çırpılması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 3 nəfəri azyaşlı olduğuna görə Gəncədə yerləşən 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına, iki qadın isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Qadınlardan birinin, Göygöl sakini, 1977-ci il təvəllüdlü Nuriyeva İlhamə Fikrət qızının vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.