Bakıda velosiped sürən şəxsi avtomobil vurub.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Zığ qəsəbəsində velosipedlə yolu keçən 1983-cü il təvəllüdlü İsmayılov Heydər Azad oğlunu avtomobil vurub.
Nəticədə velosipedçi ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.