Banqladeşdə faciəvi hadisə baş verib.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, 22 yaşlı model Risila Binte evdə əri ilə görüntülü danışarkən özünü asaraq intihar edib.

Hadisəni araşdıran polis intihar səbəbinin ailə içi problemlərdən qaynaqlanmış olduğunu ehtimal edib.

Gənc modelin intihar etdiyi vaxt üç yaşlı qızının babasıgildə olduğu vurğulanıb.

Hazırda ölümün dəqiq səbəbini araşdırmaq üçün istintaq başlanılıb.