Lənkəranda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə Qurumba kəndində qeydə alınıb.
Kənd sakini, 1980-ci il təvəllüdlü Kərim Miriyev hamamda çimərkən ölüb. Hadisəyə dəm qazının səbəb olduğu bildirilir. Onun meyiti Lənkəran morquna aparılıb.
Fakt araşdırılır.