Rusiyada bir neçə nəfərdən ibarət qrup adrenalin yaşamaq üçün yelləncəyə minmək istəyib.

Unikal.org xəbər verir ki, güclü təkanla yelləncəyi fırldan adam 2 dəfə 360 dərəcəlik dövrə vurub. Qəflətən əli sürüşüb divara çırpılan kişi kəllə-beyin travması alıb.
Yoldaşları tərəfindən xəstəxanaya aparılan kişinin həyatını xilas etmək mümkün olmayıb.

Ölüm anı saniyəbəsaniyə kameralara düşüb. Həmin görüntüləri sizə təqdim edirik. (publika.az)