Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov Bakının Heydər Əliyev prospektində "Mercedes Gelandewagen" markalı cipin törətdiyi dəhşətli qəzanın təffərüatları və istintaqın gedişi haqda virtualaz.org saytına ətraflı açıqlama vermişdi.
Unikal.org-un məlumatına görə, DİN-in mətbuat xidməti istintaqın gedişi və sürücünün şəxsiyyətinin müəyyən edilməsi haqda sualına cavab olaraq, aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntülərinin araşdırıldığını və "Mercedes Gelandewagen" markalı yolsuzluq avtomobilinin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğunun müəyyən edildiyini bildirib.
Adıçəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunacaq.