Gəncə sakini işlədiyi sexdə dünyasını dəyişib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən mebel sexində qeydə alınıb.
Orada işləyən şəhər sakini 1957-ci il təvəllüdlü Hüseynov Hamlet Qara oğlunun halı pisləşib. Ona tibbi yardımın göstərilməsinə baxmayarq, həyatını xilas etmək mümkün olmayıb.
H. Hüseynov ürək-damar xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.