Moskva Vaşinqtonun tələblərini yerinə yetirsə belə, ABŞ-ın Rusiyaya qarşı təyin etdiyi sanksiyaları ləğv etmək çətin olacaq.
Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak danışıb.
"Son zamanlar haqqında danışdığımız iqtisadi sanksiyalar elə konstruktiv hazırlanıb ki, ABŞ şərtlərində onu ləğv etmək çox asan olmayacaq. Hətta kimsə onların tələblərini yerinə yetirməyə qərar versə belə. Bütün mexanizm elə qurulub ki, ABŞ qanunları bizim ölkəmizlə iqtisadi əməkdaşlığın inkişafına imkan verməsin, - Kislyak bildirib.