Bakıda mənzildə 53 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən unikal.org-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1964-cü il təvəllüdlü Mədətov Tofiq Qulu oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:39-da başa çatıb.