Əməkdar artist Abbas Bağırovla həmkarı Zamiq Hüseynov arasında soyuq münasibət davam edir.
Unikal.org axşam.az-a istinadən xəbər verir ki, Zamiq onun barışıq addımını qəbul etməyən Abbasa "Xəzər Maqazin" vasitəsilə cavab verib:
"Heç kimin ixtiyarı yoxdur ki, kiminsə haqqına girib onun haqda danışsın. Mənim nə ixtiyarım var ki, kiminsə barəsində danışım? Mənim öz yolum var, sənin öz yolun. Kimdənsə xoşum gəlirsə, ona ürəyimi verəcəyəm, xoşuma gəlməyəndən uzaq duracağam. Kimdənsə incikliyim olanda çalışıram pərdə arxasında qalsın, efirdə danışmıram. Efirdə danışanlar bunu reklam üçün edir. Abbasla uşaqlıq dostu olmuşuq. Ondan birinci mən incimişəm. Ondan sonra nə olubsa, yadımda deyil. Bu dəqiqə demirəm, ürəyim gedir ki, biz barışaq. Hər şeyi zaman həll edər, amma indi belə rahatdır".
Xatırladaq ki, Abbas Zamiqin barışıq təklifinə "Ağac deyiləm ki, mənə qarşı səhv edəndə durub baxım. Mən də insanam, bay-bay..." demişdi. Abbas Zamiqlə küsülülüyə səbəb kimi ad günündə həmkarının onu təbrik etmədən getməsini göstərmişdi.