Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğın nəticəsində ölən və yaralananlar yoxdur.
Unikal.org Trend-ə istinadən verdiyi məlumata görə, bu haqda Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi açıqlamada deyilir.
Açıqlamaya görə, hadisə baş verən zaman "Qaçqınkom"un sədr müavini və digər məsul şəxsləri həmin ərazidə olublar.
Hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş vermə səbəbləri araşdırılır. Bundan sonra müvafiq dövlət orqanları ilə birlikdə lazımi tədbirlər görüləcəkdir.
Qeyd edək ki, dünən gecə Sumqayıt şəhərində beşmərtəbəli yataqxanada yanğın baş verib.