Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xosedən danışıb.
Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, "Xəzər Maqazin"ə açqılama verən rəqqasə Elşadla, hələ ki, yenidən bir araya gəlmək fikrində olmadığını deyib. O, Xosenin "Oksana bilir ki, mən film xətrinə də olsa, başqa qadınla öpüşmərəm. O da həmçinin" sözlərinə belə cavab verib:
"Həyatımda bir kişini sevmişəm. O,mənim mən də onun xasiyyətini çox gözəl bilirəm. Baxmayaraq, 5 ildir boşanmışıq, bir-birimizdən ayrıyıq. Amma o, çox gözəl bilir ki, mən ayrı bir adamla öpüşmərəm. Biz doğma insanlarıq ayrı-ayrı yerlərdə yaşasaq da, doğmayıq. Çünki sevgimiz möhkəm sevgi olub. Mən onu hələlik özümdə təsəvvür eləyə bilmirəm ki, biz yenidən bir yerdə olub, birlikdə yaşayarıq. Ayrılmağımızdan çox vaxt keçib, 5 il az vaxt deyil. Bir yerdə deyilik, hələ ki belə bir fikrimiz də yoxdur".
Oksana Elşadın "İlk filmini çəkəndə məsləhətimə qulaq asmadı, istədim, başı daşa dəysin" sözlərinə isə belə münasibət bildirib:
"Mən o filmi çəkəndə heç kəslə - nə Elşadla, nə də ailəmlə məsləhətləşmişdim. Fikriləşdim ki, qorxu janrında filmdir, yenilik olar. Əslində, yenilik də oldu. Çox gözəl, sanballı filmdir".
Qeyd edək ki, Elşad Xose keçmiş xanımının "Şər qarışanda" filmini uğursuz adlandırmışdı.