Türkiyənin Diyarbakır vilayətinin Qulp qəsəbəsinin Üçkuyu kəndi, kənd statusuna qovuşduğu gündən bəri susuzluqla mübarizə aparır. 150 ildir su problemi ilə üzləşən insanlar kənddə adam öləndə belə 8 kilometr uzaqlıqdakı ərazidən su gətirməli olurlar.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ehtiyac duyduqları qədər içmək üçün suyu kəndən 8 kilometr uzaqlıqdakı ərazidən gətirən vətəndaşlar bunun daşınmasını eşşəklərlə edirlər. İnsanlar kənddən 8 kilometr uzaqlıqda yerləşən Qulp çayından eşşəklərlə su gətirir. Bu sudan həm içmək və həmdə digər ehtiyaclarını ödəmək üçün istifadə edirlər.
Kənd camaatının ən böyük istəyi 150 ildən sonra bu kəndə suyun çəkilməsini gözləyirlər.
Əhali onları içməli su ilə təmin etməyə köməkçi olan eşşəklərə hər zaman dua edirlər.