Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla danışıqların nəticələrinə münasibət bildirib.
Unikal.org Anadolu-ya istinadən verdiyi məlumata görə, görüş Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin Manilada Keçirilən 50-ci iclasının meydanlarında baş tutub.
Çavuşoğlu bidirib ki, iki nazir Suriya mövzusunu, o cümlədən Astanada danışıqların növbəti raunduna hazırlığı müzakirə ediblər. Həmçinin Rusiya və Türkiyə arasındakı viza rejiminə toxunulub.