Bu gün Venesuelanın Valensiya şəhərində hərbi bazanı zəbt etmək cəhdi olub.
Unikal.org-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, hakim Vahid Sosialist Partiyasının sədr müavini Dosdado Kabelo "Twitter sosial şəbəkəsindəki səhifəsində yazıb ki, bu gün səhər Valensiya şəhərində hərbi bazaya "terror hücumu olub.
D. Kabelo Fuerte Paramakay hərbi bazasına hücum edən bir neçə terrorçu saxlanılıb və hazırda hərbi baza hökumətin tam nəzarətindədir. O, ölkədəki digər bazalarda normal durumun olduğunu da qeyd edib.
Qeyd edək ki, Venesuelada hərbi bazaya hücumdan bir neçə saat əvvəl özünü kapitan Xuan Kaquaripano kimi təqdim edən şəxsin internetdə videomüraciəti yerləşdirilib. Prezident Nikolas Maduro hakimiyyətinə qarşı "qanuni qiyam qaldırdıqlarını elan edən X. Kaquaripano bildirib ki, bu, dövlət çevrilişi deyil, Konstitusiya quruluşunu bərpa etmək istiqamətində mülki və hərbi fəaliyyətdir.