İstanbul Polisinin Narkotik Cinayətlərlə Mübarizə dəstələri, son 1 həftədə 2 əməliyyatla 1 ton heroin və 500 kiloqram marixuana ələ keçiriblər. Publika.az bildirir ki, əməliyyat zamanı türk narkotika baronlarının dünyaca məşhur "Breaking Bad serialını az qala birə-bir təqlid etdikləri məlum olub.
Unikal.org-un criminal.az-a istinadən xəbərinə görə, narkotik polisi, zindandan yeni azad olmuş "Heroin Doktoru ləqəbli kimyaçı Rüfət B.-ni Sakaryada bir toyuq fermasına məskunlaşdıqdan sonra yaxın təqibə alıb. Polisin vaxtaşırı ya odunçu ya da xəzinə axtaran kəndli cildinə girərək etdiyi təqiblərin sonunda fermada keçirilən əməliyyatda 1 ton heroin ələ keçirilib.
Kimyaçı Rüfət B.-nin də aralarında olduğu 7 nəfər saxlanılıb. İki əməliyyat nəticəsində nəzarətə alınan dəstə üzvlərinin işlətdikləri metodların, 2008-2013 arasında yayımlanan "Breaking Bad adlı Amerikan serialının səhnələrilə oxşarlıq daşıması polisi heyrətə gətirib. Eynilə serialda olduğu kimi "Həkim" ləqəbli bir kimyaçı toyuq fermasında metamfetamin istehsal edir. Daha sonra istehsal olunan bu narkotikləri İstanbulda ketçup qutuları içində bazara çıxarır.