Rusiyada Başqırdıstanın Uquzevo kəndində baş vermiş yanğın nəticəsində 9 nəfər həlak olub.

Unikal.org xəbər verir ki, fərdi yaşayış evində baş vermiş yanğına elektrik naqilinin nasazlığı səbəb olub.

Həlak olanlardan 5 nəfərin azyaşlı olduğu bildirilib.

Hadisə ilə əlaqədar Başqırdıstanda birgünlük matəm elan olunub.