Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sarp Gömrük keçid məntəqəsində yenidənqurma işləri ilə tanış olub.
Unikal.org xəbər verir ki, prezident bunun üçün Güneysudakı iqamətgahından vertolyotla Hopa mahalında yerləşən Gömrük məntəqəsinə gəlib. Burada onu gömrük və ticarət naziri Bülent Tüfenkçi, Artvin valisi Ömər Doğanay və çox sayda vətəndaş qarşılayıb.
İnşaat işləri ilə tanışlıqdan sonra Ərdoğan Kemalpaşa diyarında onu gözləyən vətəndaşlarla görüşüb və söhbətləşib.
Bu zaman maraqlı bir hadisə yaşanıb. Belə ki, Ərdoğan vətəndaşların biri ilə söhbəti zamanı onun cibindəki siqareti çıxararaq yerə atıb.
Sözügedən səfərdən videonu oxuculara təqdim edirik: