İyulun 31-dən avqustun 7-dək Yaponiyada isti hava şəraiti 9 nəfərin ölümünə səbəb olub.
Unikal.org xəbər verir ki, anomal istilər həmçinin 5,7 min nəfəri xəstəxanalıq edib.
Xəstəxanalara yerləşdirilənlərdən 1,9 min nəfərin stasionar müalicəyə ehtiyacı var. Xəsarət alanların yarıdan çoxu 65 yaşdan yuxarı insanlardır.
Ötən həftə ərzində ölkənin qərb hissəsində temperatur 35 dərəcədən çox olub. Yaponiyanın şərqində isə nisbətən sərin hava - 30 dərəcə isti müşahidə edilib. Məhz belə hava şəraiti əvvəlki həftə ilə müqayisədə xəsarət alanların sayının artmasına (366 nəfər) səbəb olub.