Yaxın 3 gün ərzində Balaxanı-Binəqədi avtomobil yolu bağlı olacaq.

"Azəravtoyol" ASC-dən unikal.org-a daxil olan məlumata görə, bu gündən etibarən aparılacaq təmir işləri ilə əlaqədar olaraq Sabunçu rayonu ərazisində, Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənə qədər, yəni avqust ayının 11-nə kimi qüvvədə olacaq. Sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edirik",- deyə məlumatda qeyd edilib.