İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 93 müraciət olub.
Unikal.org Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, günvurma ilə bağlı müraciət edənlərdən 41-i xəstəxanaya yerləşdirilib.
Onlara ambulator yardım edildikdən sonra evə buraxılıb: "Günvurma ilə bağlı müraciətlərin 17-si uşaqlarla bağlı olub. Lakin günvurma nəticəsində ciddi bir hal və ya ölüm qeydə alınmayıb.