Xətaidə mənzillərdən birində 71 yaşlı qadın meyiti tapılıb.
Unikal.org FHN-ə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1946-cı il təvəllüdlü Hüseynova Elmira İsrafil qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:38-də başa çatıb.