Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən avtomobil qəzası qeydə alınıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Şəmkir istiqamətində hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobil idarəetmədən çıxaraq "Kamaz" markalı yük avtomobilinin arxasına çırpılıb. Nəticədə "Mercedes-Benz"in sürücüsü Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Həsnov Elçin aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.