Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "qaynar xəttinə Xaçmaz rayon sakini Telman Quliyev tərəfindən Əhmədoba kənd ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.
ETSN-nin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, şikayət nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.
Sözügedən əraziyə keçirilən baxış zamanı 28-32 sm diametrliyində yaş kök üstə 2 ədəd qovaq ağacının qanunsuz olaraq kəsildiyi aşkar edilib. Araşdırma zamanı ağacların Xaçmaz rayonu Xaspoladoba kənd sakini Elman Həmzəliyev tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı E. Həmzəliyev barəsində protokol tərtib edilib və o, inzibati qaydada 1550 manat məbləğində cərimə olunub.