Gəncədə çanaq antenası quran usta ikinci mərtəbədən yıxılıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Əziz Əliyev küçəsində 4 mərtəbəli binada qeydə alınıb. İkinci mərtəbədə çanaq antenası quran 1961-ci il təvəllüdlü Nəbi İmanov hündürlükdən yerə yıxılıb. Ağır xəsarət alan usta hadisə yerində ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.