Avqustun 4-də saat 1.00 radələrində Xəzər rayonunun Binə qəsəbəsinin ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən 40-45 yaşlı qadın vurulub.
Unikal.org xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.
Qadın xəstəxanaya yerləşdirilib.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarət alan şəxsin Salyan rayon sakini Təranə Hüseynova olması müəyyən edilib.
Hadisənin "Opel markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini İlham Ağayev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.