Tovuz rayonunda işindən çıxarılan qadın intihara cəhd edib.

Unikal.org report-a istinadən məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində qaydə alınıb.
Kənd sakini, 1960-cı il təvəllüdlü Səfərova Tamella Mahmud qızı xadimə işlədiyi iş yerindən çıxarıldığı üçün özünü öldürməyə cəhd göstərib.

O, sirkə turşusu içərək özünü zəhərləyib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan qadına həkimlər tibbi yardım göstərib və o, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.

Tovuzda həmçinin Yuxarı Öysüzlü kəndində 1992-ci il təvəllüdlü Məmmədova Züleyxa Mahir qızı yaşadığı evdə iş görən zaman onu əlindən əqrəb sancıb. Xəstəxanaya çatdırılan qadına həkimlər tərəfindən tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Hər iki faktla bağlı araşdırma aparılır.